Ermənistanda Türkiyə bayrağı yandırılıb

 19:45 29.03.2021     384

Ermənistanda türk düşmənçiliyi bir daha özünü büruzə verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata əsasən, ölkənin Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın jurnalistin Türkiyəni düşmən dövlət olaraq görüb-görməməsilə bağla sualına “Türkiyəyə qarşı münasibətimizi yenidən nəzərdən keçirməliyik” cavabından sonra İrəvanda radikal milliyyətçi “Daşnaksutyun” partiyası tərəfindən etiraz aksiyası təşkil olunub.

Etirazçılar Türkiyə əleyhinə şüarlar səsləndirib, hətta qardaş ölkənin dövlət bayrağını da yandırıblar.

Partiya liderləri Təhlükəsizlik Şurasının Türkiyənin İrəvandakı səfirliyinə çevrildiyini, A.Qriqoryanın da özünü türk səfiri kimi apardığını bəyan ediblər. Onlar bildiriblər ki, Türkiyə ilə siyasi mübarizədə silahı yerə qoymaq uğursuzluğa düçar olmaq deməkdir. //Oxu.az