Gürcüstan hökuməti quru sərhədlərin açılmasını müzakirə edir

 21:17 29.03.2021     196

“Gürcüstan hökuməti quru sərhədlərin açılmasının mümkünlüyünü müzakirə edir”.

Redaktor.az xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanda turizmin bərpası üçün, demək olar, əsas məhdudiyyətlər aradan qaldırılıb:

“Aparılan vaksinasiya pandemiyanın üçüncü dalğasının qarşısını almağa imkan verəcək. Hazırda biz quru sərhədlərin hansı şərtlərlə açılması məsələsini müzakirə edirik və bu, maliyyə bazarımızın artmasına müsbət təsir göstərəcək”.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş ötən ilin martın 14-dən dayandırılıb. Qonşu ölkə quru sərhədlərdən öz vətəndaşlarını və tam peyəndlənmə kursunu keçən əcnəbiləri qəbul edir. //Report