Türkiyədə karantin yenidən sərtləşdirilir

 21:47 29.03.2021     278

Türkiyədə karantin rejimi ilə bağlı yeni qərarlar qəbul olunub.

Redaktor.az xəbər verir ki, qərarları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra dilə gətirib.

Dövlət başçısı bildirib ki, çox yüksək riskli vilayətləri təmsil edən şəhərlərin sayı 58-ə çatıb:

“Əlimizdəki məlumatlar fonunda yeni qərarlar aldıq.

Bütün Türkiyədə küçəyə çıxma məhdudiyyəti 21:00-dan 05:00-dək davam edəcək.

Qırmızı zona elan olunmuş bölgələrdə həftəsonu küçəyə çıxmaq qadağası tətbiq olunacaq.

Yeməkxana və kafelər bütün Türkiyədə 50 faiz həcmində və müəyyənləşdirilmiş qaydalar çərçivəsində fəaliyyət göstərəcək.

Ramazan ayında isə ölkə üzrə həftəsonları küçəyə çıxmaq məhdudiyyəti tətbiq ediləcək. Sadəcə, Ramazan ərzində Türkiyədə yeməkxana və kafelər xidmətlərini çatdırma ilə məhdudlaşdıracaq.

Ölkə üzrə imsaq və iftar təşkil edilməyəcək.

Müəssisələrə dəstək göstəriləcək”.