Nur-Sultanda karantin qaydaları sərtləşdirilir

 07:15 30.03.2021     714

Qazaxıstanın paytaxtı Nur-Sultanda da karantin qaydaları sərtləşdirilir. 

Redaktor.az xəbər verir ki, bu barədə şəhərin dövlət sanitar baş həkimi Sarxat Beysenova yeni qərar imzalayıb.

Koronavirusa yoluxanların sayının artmasına görə imzalanan yeni qərar sabahdan qüvvəyə minir.

Qərara əsasən, ticarət və əyləncə mərkəzləri qısaldılmış iş rejimində fəaliyyət göstərəcək. Həftə sonları mərkəzlərin fəaliyyətləri qadağan edilib. Bütün təhsil müəssisələrinin tələbələri, eləcə də məktəblilər, buraxılış sinifləri istisna olmaqla distant təhsilə keçiriliblər. İaşə obyektlərinin həftə sonları fəaliyyəti qadağan olunub. Yalnız evə çatdırılma sifarişlərinə icazə verilir. //Qafqazinfo