Ermənistanda qarşıdurma - İNSANLAR TAKSİLƏRDƏN DÜŞÜRÜLÜR VƏ...

 11:10 30.03.2021     575

Ermənistan vətəndaş müharibəsinə doğru gedir.

Redaktor.az xəbər verir ki, paytaxt İrəvanda Dağlıq Qarabğdan olan ermənilərə qarşı təxribat törədilib. Belə ki, "Yandeks" taksi şirkətinin sürücüləri qarabağlı olan erməni müştəriləriləri qəbul etmirlər. 

"Mən takisi çağırdım, "Yandeks"in sürücüsü ləhcəmdən Qarabağdan olduğumu anladı, daha sonra məni avtomobildən düşürdü. O, qışqıra-qışqıra deyirdi ki, "Rəddolun, İrəavnda sizə yer yoxdur!". Bizə nifrət edirlər", - deyə erməni qadın bildirib.

Qeyd edək ki, Ermənistan mediası sözügedən halın kütləvi xarakter aldığını, onlarla şəxsin taksilərdən düşürüldüyün yazıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.