Bəşşar Əsəd və həyat yoldaşı koronavirusdan sağalıb

 11:42 30.03.2021     147

Koronavirusa yoluxan Suriyadakı rejimin başçısı Bəşşar Əsəd və həyat yoldaşı Əsma Əsəd sağalıblar.

Redaktor.az xəbər verir ki, məlumatı B.Əsədin mətbuat xidməti yayıb.

Bildirilib ki, B.Əsəd və həyat yoldaşının COVID-19-la bağlı qan analizlərinin nəticəsi mənfi olub. Ona görə də onlar kanartin rejimindən çıxıblar.

Qeyd edək ki, B.Əsəd və həyat yoldaşının virusa yoluxması xəbəri martın 8-də yayılmışdı. //Report.az