İran Xəzər dənizində süni ada yaratmaq niyyətindədir

İran Xəzər dənizində süni ada yaradaraq, orada istirahət və əyləncə mərkəzi inşa etmək niyyətindədir.
Redaktor.az xəbər verir ki, bunu Xəzər dənizinin sahilində yerləşən Nouşəhr şəhərinin meri Əli Amani söyləyib.
O bildirib ki, sahildən 1 kilometr aralıda yaradılacaq adanın ərazisi 18 hektar olacaq. Süni adada 300 kater tutumu olan liman, 5 ulduzlu otel, restoranlar, idman kompleksi, hovuz, helikopter meydançası tikiləcək. Süni adanı sahillə geniş yol birləşdirəcək.
Ə. Amani diqqətə çatdırıb ki, adanın layihələndirilməsi işlərinə İranın turizm təşkilatı da cəlb edilib. Çünki bu layihənin həyata keçirilməsində məqsəd İranın turizm sektorunu inkişaf etdirməkdən ibarətdir. //AZƏRTAC