ABŞ-da koronavirusdan ölənlərin sayı yarım milyonu ötüb

ABŞ-da son sutkada yeni növ koronavirusa (COVID-19) 69,417 yeni yoluxma faktı qeydə alınıb.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Con Hopkins İnstitutu məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində 701 nəfər koronavirusdan vəfat edib.
ABŞ-da indiyədək 30.3 milyondan çox şəxs bu infeksiyaya yoluxub, onlardan 550,071 nəfəri vəfat edib. //APA