Almaniyada etiraz aksiyaları keçirilir - Polis güc tətbiq edir

 19:17 30.03.2021     135

Almaniyada koronavirusla bağlı qoyulan məhdudiyyətlərə qarşı etiraz aksiyaları keçirilir.

Redaktor.az-ın məlumatına görə, Avropada koronavirus pandemiyasının üçüncü dalğası yaşanmaqdadır, bu ölkələr arasında ən çox yoluxma Almaniyadadır. Hökumət pandemiyanın qarşısını almaqda acizdir, cari ayın əvvəlindən yoluxma sayı artmağa başladığından hökümət sərt karantin rejimi haqda xəbərdarlıqlar edib. Yerli həkimlər yoluxma sayının 100 minə çatacağı təqdirdə, sərt qapanmaların qaçılmaz olacağını vurğulayırlar.

Hökümətin xəbərdalıqlarına baxmayaraq, yerli əhali sərt məhdudiyyətlərə qayıtmaq istəmir və məmurları koronavirusla mübarizə qaydalarını lazımi qaydada aparmamaqda ittiham edir. Vətəndaşlar bildirirlər ki, vaksinasiya dərmanları düzgün qaydada paylanılsaydı, virusa çoxdan qalib gəlmək olardı. Bu günə kimi Almaniyada əhalinin 9.5 faizi vaksin olunub, artan narazılıq səbəbindən ölkənin bir çox şəhərlərində etiraz aksiyaları keçirilir.

Aksiyaların qarşısını almaq istəyən polis insanlara qarşı güc tətbiq edir, insanları zorla meydanlan çıxarır və həbs edirlər. Toqquşmalar zamanı isə hər iki tərəfdən xəsarət alanlar da var. Küçələrə çıxan isanlar məhdudiyyətlərin aradan qaldırılamyacağına qədər aksiyaları davam etdirəcəklərini bildirirlər. //Trend