"Instagram"ın işində dayanmalar müşahidə olunur

 19:26 30.03.2021     319

Bir sıra ölkələrdə “Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Redaktor.az-ın verdiyi məlumata görə, problemlərlə bağlı şikayətlərin daha çox ABŞ, İngiltərə, Rusiya, Yaponiya və bir sıra ölkələrindən daxil olduğu bildirilir.

Şikayətlərin əsas hissəsi (təxminən 58 %-i) sosial şəbəkəyə daxil olmaqla problemlə bağlıdır, 22 %-i veb saytdakı problemlərlə əlaqədardır, istifadəçilərin 19 %-i xəbər lentinə baxmaqda çətinlik çəkir. //APA