Çexiyada quş qripi yayılıb

 19:38 30.03.2021     111

Çexiyanın şimalında H5N8 quş qripinin yayılması ilə əlaqədar quşçuluq fermalarında 182 mindən çox ev quşu məhv ediləcək.

Redaktor.az-ın məlumatına görə, ölkədə quş qripi infeksiyasının 25 ocağı aşkar edilib.

İnfeksiya ilin əvvəlindən başlayaraq demək olar ki, ölkənin bütün ərazisinə yayılıb. Qeyd olunur ki, Çexiyanın şimalındakı Kralovehradets diyarında 175 min toyuğun, Orta Çexiya diyarında 7500 ördəyin məhv edilməsi nəzərdə tutulur.

Ölkənin Səhiyyə Nazirliyi quş qripinin insana keçməsi ehtimalının çox az olduğunu bildirib. //Trend