Bu ölkədə çimərliklərdə də maska taxmaq məcburi oldu

 20:55 30.03.2021     357

İspaniya hökuməti ölkədə maska rejimi ilə bağlı qanunları sərtləşdirib.

Redaktor.az xəbər verir ki, vətəndaşlar bu gündən küçədə, çimərliklərdə və digər açıq məkanlarda sanitar məsafədən asılı olmayaraq, maska taxmalıdır. Bu tələb 6 yaşdan yuxarı bütün şəxslərə şamil olunur. Maskadan istifadə, həmçinin ictimai nəqliyyatda, şəxsi avtomobildə, qapalı məkanlarda 9 nəfərdən çox adam olarsa, məcburidir. Sərnişin gəmilərində yalnız kayutlarda maska çıxarıla bilər.

Bu məhdudiyyətlər tənəffüs problemi olan, maska taxmağı idarə edə bilməyən əlillərə şamil olunmayacaq. //Qafqazinfo