Rusiya sərhədində güclü zəlzələ olub

 09:45 31.03.2021     90

Rusiya və Monqolustan sərhədində 5.2 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Rusiyanın Angarsk şəhərindən 273 km (əhalisi təxminən 243 min) cənub-qərbdə, ocağı isə təxminən 13 km dərinlikdə yerləşib.

Xəsarət alan, itkilər və dağıntılar barədə məlumat bildirilməyib. //Trend.az