Gürcüstan Baş nazirinin müavini istefa verib

 19:10 31.03.2021     349

Gürcüstan Baş nazirinin müavini, maliyyə naziri İvane Maçavariani istefa verib.

Redaktor.az xəbər verir ki, nazir bu barədə özünün “Facebook” hesabında bildirib.

O qeyd edib ki, ötən ilin sonlarında istefa verməyi planlaşdırsa da, 2021-ci ilin böhran büdcəsinin təsdiqlənməsi prosedurları ilə əlaqədar bir qədər gözləməli olub.

Nazir istefasının səbəbini açıqlamayıb.