Britaniyada koronavirusla bağlı SON VƏZİYYƏT

Böyük Britaniyada son sutka ərzində 4052 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4,345,788 nəfərə çatıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 43 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126,713 nəfərə çatıb. //APA