Londondakı Ermənistan səfirliyi önündə soyqırımı etirazı - FOTO / VİDEO

 20:42 31.03.2021     183

Londonda yaşayan azərbaycanlılar 31 mart 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktının ildönümü ilə bağlı etiraz aksiyası keçiriblər.

Redaktor.az bildirir ki, bunun üçün xüsusi avtomobilin üzərində quraşdırılmış lövhələrə bu günlə bağlı məlumatları yazan soydaşlarımız sözügedən nəqliyyat vasitəsini London küçələrində hərəkət etdirərək soyqırımı faktını yerli sakinlərin diqqətinə çatdırıblar.

Bundan əlavə, üzərində məlumatların əks olunduğu avtomobil Ermənistan səfirliyinin də önündən keçərək soydaşlarımızın etirazlarını nümayiş etdirib. //Oxu.az

2222