Heyvanlar üçün koronavirus peyvəndi hazırlanıb

Rusiyanın dünyada ilk olaraq heyvanlar üçün yeni koronavirus növünə qarşı peyvəndi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” rəhbərinin müavini Konstantin Savenkov açıqlayıb.
Dərmana “Karnivak-Kov” adı verilib.
Savenkovun sözlərinə görə, vaksin “Rosselxoznadzor”a tabe olan “Federal Heyvan Sağlamlığı Mərkəzi” tərəfindən yaradılıb.
O, “Karnivak-Kov”un heyvanlar üçün COVID-19-a qarşı dünyada ilk və yeganə profilaktik dərman olduğunu vurğulayıb. //Oxu.az