Meqan Markl qızını evdə dünyaya gətirəcək

Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl yaxın zamanlarda doğulacaq qızından danışıb.
Redaktor.az bildirir ki, Markl övladını hazırda həyat yoldaşı Harri ilə birlikdə yaşadığı evdə dünyaya gətirəcəyini açıqlayıb. Onun qızı ABŞ-da dünyaya gələn ilk Böyük Britaniya kral ailəsi üzvü olacaq.
Verilən məlumatlara əsasən, Meqan ilk övladı Archieni də evdə dünyaya gətirmək istəyib, lakin son anda həkimlər ona xəstəxanaya getməsini tövsiyə ediblər.