Dünyada COVID-19-la bağlı son STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 509 mindən çox artıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata əsasən, ötən sutka ərzində 509,746 nəfər yeni koronavirusa yoluxub, 8855 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 127,877,462, ölənlərin isə 2,796,561 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.