Gürcüstana turist səfərləri kəskin azalıb

 08:30 01.04.2021     732

Bu ilin fevral ayında Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin sayı illik müqayisədə 89,5 % azalıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankının aylıq hesabatında bildirilib.

Ziyarətçilərin 88,5 %-ni turistlər təşkil edib ki, onların da sayında ötən ilin eyni dövrünə nisbətdə 86,1 % azalma qeydə alınıb.

Sənədə əsasən, ötən ay region ölkələri arasında Azərbaycan (-95,8 %), Ermənistan (-89,9 %) və Rusiyadan (-94,4%) yollanan ziyarətçilərin sayında kəskin azalma müşahidə olunub.