Türkiyədə yoluxanların sayı artıb - COVID-19

 22:57 31.03.2021     219

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 152 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 39,302 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 19,193 nəfər sağalıb, ağır xəstə sayı isə2082 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3,317,182 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 3,014,226 nəfər sağalıb, 31,537 nəfər isə ölüb.