Vladimir Poznerin Gürcüstana səfəri etirazla qarşılanıb

 23:16 31.03.2021     67

Məşhur rusiyalı telejurnalist Vladimir Pozner Gürcüstanın paytaxtı Tbilisi şəhərindədir.

Redaktor.az xəbər verir ki, onun Gürcüstana səfəri etirazla qarşılanıb.

İctimai fəallar və müxalifət nümayəndələri jurnalistin qaldığı mehmanxana binasının qarşısında aksiya keçirirlər. Əraziyə polis əməkdaşları cəlb olunub.

Aksiya iştirakçıları bildiriblər ki, V. Pozner Gürcüstanın ərazi bütövlüyünü tanımır, etnik gürcü, abxazları təhqir edib və bu səbəbdən ölkədən çıxarılmalıdır.

Yayılan məlumatlara əsasən, telejurnalist doğum gününü qeyd etmək üçün dostları ilə birgə çarter reysilə Tbilisiyə gəlib. //Report