Gürcüstan DİN: Vladimir Pozner ABŞ vətəndaşıdır

 23:53 31.03.2021     66

“Rus jurnalist Vladimir Pozner ABŞ vətəndaşıdır və onun ölkəyə səfəri ilə bağlı hər hansı qanun pozuntusu yoxdur”. 

Redaktor.az-ın xəbərinə görə, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı bəyanatında belə deyilib. 

Bildirilib ki, V. Pozner işğalla bağlı hər hansı qanunu pozmayıb və daha əvvəl də dəfələrlə Gürcüstanda səfərdə olub.

“Qeyd edilən ABŞ vətəndaşı olan şəxs işğal haqqında qanunu pozmayıb və Gürcüstana dəfələrlə səfər edib. Onların ölkəyə daxil olmasına gəlincə isə hökumətin sərəncamına müvafiq olaraq bəzilərinin COVİD-19 pasportu, bəzilərinin isə “PCR” testi barədə sertifikatı var”, - deyə Gürcüstan DİN-in bəyanatında vurğulanıb. //APA