Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın şimalında 4,5 bal gücündə zəlzələ baş verib.
Redaktor.az-ın məlumatına görə, yeraltı təkanların episentri Aomori prefekturasında, ocağı isə 70 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib. //Trend.az