SON DƏQİQƏ: Ukrayna-Rusiya müharibəsi - ORDUYA TƏLİMAT VERİLDİ

 09:45 01.04.2021     910

Ukrayna ilə Rusiya arasında münasibətlər son dərəcə pisləşib. 

Redaktor.az bildirir ki, Ukrayna artıq Rusiya ilə olan turizm razılaşmasından imtina edib. Rusiya isə Ukraynaya neft məhsulları ixracını rəsmi olaraq dayandırmaq qərarına gəlib.

Rusiya artıq Ukrayna sərhədinə xeyli ağır texnika yığmağa başlayıb. Eyni zamanda, Rusiya hava qüvvələri Ukraynaya yaxın əraziyə cəlb edilir. Tərəflər arasında atəşkəsin rəsmi olaraq bitməsi mümkündür. 

Qeyd edilir ki, Rusiya hökuməti bütün dəmir yolları şəbəkəsinin hərbi daşımalar üçün istifadəyə verilməsinə göstəriş verib.

Digər tərəfdən, ABŞ hökuməti Ukraynaya ciddi dəstək göstərməyə başlayıb. Onların hərbi təminat və təchizat daşıyan gəmisi Ukraynaya çatıb.

Bütün Avropada olan NATO qüvvələrinin həyəcan vəziyyətinə gətirildiyi bildirilib. 

Orxan İsmayıl / Redaktor.az