Çinin 3 əsas aviaşirkətinin 6 milyard dollar zərəri olub

 17:20 01.04.2021     338

Çinin 3 əsas mülki aviasiya şirkəti olan "China Eastern Airlines", "Air China" və "China Southern Airlines"ın ötən il pandemiya səbəbindən ümumi zərəri 37 milyard yuan (təxminən 6 milyard ABŞ dolları) olub.

Redaktor.az xəbər verir ki, 3 şirkətin ümumi dövriyyəsi 34 milyard dollar olub. Ən çox zərər "Air China"da (14 milyard dollar), ən çox mənfəət azalması isə "China Southern Airlines"da (5 dəfə) qeydə alınıb. Hər 3 şirkətin təyyarələri daşına bilən sərnişin imkanının 70 faizdən azını istifadə edib. Sərnişin daşınmasında azalma qeydə alınsa da, hər 3 şirkətin yükdaşımaları artıb.

Çin Mülki Aviasiya Administrasiyası cari il üçün ümidli proqnozlar verib. Yaz-payız mövsümündə həftədə 93 min daxili uçuşun həyata keçiriləcəyi, bununla da ötən illə müqayisədə uçuş sayında 11 faiz artımın olacağı gözlənilir.

Çinin əsas onlayn səyahət platformalarından olan "Qunar.com" mart ayının ilk həftəsində sərnişin səyahətlərinin sayında iki dəfə artımın qeydə alındığını açıqlayıb.

Qeyd edək ki, hazırda dünyanın ikinci ən böyük mülki aviasiya bazarı olan Çində 2019-cu ildə bu sektorda rekord məbləğdə - 154,27 milyard dollar dövriyyə qeydə alınıb. Hazırda ölkədə 250-dək hava limanı fəaliyyət göstərir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası Çinin ABŞ-ı ötərək planetin ən böyük aviasiya bazarı olacağını proqnozlaşdırıb. //AZƏRTAC