Macarıstanda daşınmaz əmlak qiymətləri artır

 01:05 02.04.2021     63

Macarıstanda daşınmaz əmlakın qiymətləri artmaqda davam edir. Maraqlıdır ki, koronavirus pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlər bu tendensiyaya təsir etməyib.

Redaktor.az xəbər verir ki, ötən il pandemiya başlayandan indiyədək Macarıstan paytaxtında mənzillərin qiyməti 10 faiz artıb. Bu, yalnız alış qiymətlərinə deyil, həm də kirayə qiymətlərinə aiddir.

Eyni dinamika ölkənin bir sıra iri şəhərlərində - Debreçen, Peç, Eger, Sekeşfexervar və Keçkemetde müşahidə olunur.

Budapeştdə kirayə mənzillərin kvadratmetrinə görə aylıq orta qiyməti təxminən 10 avroya bərabərdir. //AZƏRTAC