SON DƏQİQƏ: Qatar relsdən çıxaraq aşıb - Çoxlu sayda ölən var

 09:37 02.04.2021     632

Tayvanın şərqində tuneldə qatarın relsdən çıxması nəticəsində azı 36 nəfər ölüb.

Redaktor.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Qeyd olunub ki, daha 72 nəfərin xəsarət aldığı qatarda ümumilikdə 350 nəfər olub. Xilasetmə qrupları əzilmiş vaqonlarda axtarışları davam etdirir.

Taitunqa gedən qatarın Hualienin şimalındakı tuneldə relsdən çıxdığı və bəzi vaqonların tunel divarına çırpıldığı bildirilir.

Yerli xəbər agentlikləri qəzanın səbəbini relsin üzərində dayanmış yük avtomobili ilə əlaqələndirirlər.

Orxan İsmayıl / Redaktor.az

2