Həkim 5 yaşlı uşağa hansı iynəni vurub? - ÖLÜM HADİSƏSİ

 10:59 02.04.2021     548

Rusiya Federasiyasının Tıva Muxtar Respublikasında 5 yaşlı qız stomotoloq qəbulunda vəfat edib.

Redaktor.az xəbər verir ki, ana dişi ağrıyan uşağını stomatoloqa gətirib. Həkimin vurduğu keyidici iynədən azyaşlı qıcolma keçirib və huşunu itirib. Xəstəxanaya çatdırılan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən qısa müddət sonra xəbər sosial mediada sürəttlə yayılmağa başlayıb. Hər kəs sözügedən həkimin həbsin tələb edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.