Paşinyan Putinlə görüş üçün özünü təcrid etdi

 11:15 02.04.2021     814

Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur.

Redaktor.az bildirir ki, bunu N.Paşinyanın mətbuat katibi Mane Gevorkyan “RİA Novosti”yə açıqlamasında deyib.

“Aprelin 7-də Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan görüşlə əlaqədar Nikol Paşinyan bu gündən özünütəcrid şəraitində işləyir”, - deyə M.Gevorkyan qeyd edib. //Oxu.az