İranda daha 117 nəfər koronavirusdan ölüb

 14:04 02.04.2021     1752

İranda ötən 24 saat ərzində 117 nəfər koronavirusdan ölüb.

Redaktor.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. 

Onun sözlərinə görə, bununla ölkədə bu virusdan ölənlərin sayı 62 876 nəfərə çatıb.

S.Sadat Lari bildirib ki, İranda son sutka ərzində 11 660 nəfər COVID-19-a yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 1 908 974 nəfərə yüksəlib.

Virus daşıyıcılarından 4 005 nəfərin vəziyyəti ağır qiymətləndirilir. //APA