SON DƏQİQƏ: Rusiya az öncə elan etdi - Müharibə yenidən başlayır

 14:59 02.04.2021     2231

Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiya dəstəkli separatçılarla Ukrayna qoşunları arasında artan gərginlik pik həddə çatıb.

Redaktor.az bildirir ki, rəsmi Kiyev Rusiyanın Ukrayna ilə sərhəd ərazilərinə qoşun və hərbi texnika yığdığını qeyd edib. Rusiya isə Ukraynanı təxribatda günahlandıraraq "vətəndaş müharibəsi" barəsində xəbərdarlıq edib.

Bu gün məsələ ilə bağlı Rusiyadan verilən açıqlama isə vəziyyətin ciddiyətini bir daha göstərib. 

"NATO qoşunlarının Ukraynada yerləşdirilməsi Rusiya sərhədləri yaxınlığında gərginliyi artırır. Belə bir addım Rusiyanın öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməsinə səbəb olacaq", - deyə Kremldən bildirilib.

Şərqi Ukraynada tərəflər arasındakı vəziyyətdən narahatlıq duyulduğu, bölgədə təxribatın çox olduğu ifadə edilib.

Orxan İsmayıl / Redaktor.az