Üçüncü Dünya müharibəsi: ABŞ səsiz qalmayacağını açıqladı - UKRAYNA

 16:02 02.04.2021     310

Ukrayna Müdafiə Nazirliyi önəmli açıqlama yayıb.

Redaktor.az xəbər verir ki, açıqlamada ABŞ hökumətinin Rusiyanın təxribatları artacağı təqdirdə Ukraynaya dəstək verməyə hazır olduğu bildirilib. 

Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Andrey Taran arasında telefon danışığı olub.

Lloyd Ostin deyib ki, ölkəsi Rusiyaya qarşı Ukraynanın özünümüdafiə qüvvələrinin gücləndirilməsinə dəstəklə bağlı öhdəliyinə sadiqdir.

Qeyd edək ki, 2014-cü ildən bəri ABŞ Ukraynaya 2 milyard dollar dəstək verib.

Aysel Hacıyeva / Redaktor.az