Əfqanıstanda terror olub - Ölənlər var

Əfqanıstanın cənubundakı Həlmand vilayətində təşkil olunan bombalı hücum zamanı beş nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bunu vilayətin valisi Ömər Zuvak mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Həlmandın Ləşkərgah şəhərində yol kənarında quraşdırılan bomba mülki şəxsləri daşıyan maşın bölgədən keçərkən partladılıb.
Hücumda Taliban təqsirli bilinir. Ancaq hələlik terror aktını heç bir qruplaşma üzərinə götürməyib. //Qafqazinfo