Argentina prezidenti koronavirusa yoluxub

Argentina Prezidenti Alberto Fernandes bildirib ki, onun koronavirus testi müsbət çıxıb.
Redaktor.az xəbər verir ki, dövlət başçısı bu barədə özünün Tvitterdəki səhifəsində yazıb.
"Bu axşam hərarətim 37,3-ə yüksəldikdən və yüngül baş ağrısı olduqdan sonra test verdim, nəticəsi müsbət oldu", - deyə dövlət başçısı yazıb.
A.Fernandes əlavə edib ki, özünü yaxşı hiss edir:
"Testin təsdiqlənməsini gözləsək də, protokola uyğun olaraq artıq özümü təcrid etdim və həkimlərin tövsiyələrini yerinə yetirirəm". //Report.az