Kolumbiyada güclü zəlzələ olub

Kolumbiyanın qərbində 5.1 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ yerli vaxtla 17:44-də, təxminən 29 min insanın yaşadığı Riosusio bölgəsində baş verib.
Yeraltı təkanın 30 km-dək dərinlikdə olub. İtki və dağıntı barədə məlumat verilməyib. //APA