Meksikada narkokartellərin toqquşması - Ölənlər var

 09:43 03.04.2021     152

Meksikada iki narkokartel arasında silahlı toqquşma olub.

Redaktor.az-ın məlumatına görə, toqquşma nəticəsində 8 nəfər həlak olub. Üzərində güllə yaraları və işgəncə əlamətləri olan meyitlər ölkənin qərbindəki Miçoakan ştatının Aqililya bələdiyyəsində tapılıb.

Məlumata görə, münaqişə "Xalisko yeni nəsil" narkokarteli ilə yerli cinayətkar qruplaşma arasında baş verib. //Report.az