Rusiyada ölənlərin sayı 100 mini keçib - COVID-19

 15:10 03.04.2021     801

Rusiyada koronavirusa yoluxanların sayı 4,57 milyonu keçib.

Redaktor.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 9 021 nəfər virusa yoluxub, 384 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 572 077 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 100 017 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 4 195 869 şəxs virusdan sağalıb, 276 191 nəfərin müalicəsi isə davam edir. //Trend.az