ABŞ-da atışma zamanı 3 nəfər öldürülüb

 02:08 04.04.2021     284

Ötən gecə ABŞ-ın Merilend ştatının Prins-Corc dairəsində baş verən atışma nəticəsində üç nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli polisin “Twitter” səhifəsində məlumat yayılıb.

Hadisə yerli vaxtla saat 03:00 radələrində (Bakı vaxtı ilə 11:00) baş verib. Ərazidə xidmət aparan polislər atəş səsi eşidiblər. Hadisə yerinə gələn zaman isə bir avtomobil və güllə yarasından ölən üç nəfərin cəsədini tapıblar. Ölənlərdən iki kişi avtomobilin içərisində, digəri – qadın isə avtomobilin yanında olub.

İstintaqçılar şübhəli və ya şübhəlilərin, habelə cinayətin motivinin müəyyənləşdirilməsi üçün araşdırma aparırlar. //APA

Vumart və Güvən reklamı Vumart Güvən