Yaponiyada yoluxanların sayı 483 mini ötüb - COVID-19

 23:18 03.04.2021     86

Yaponiyada ötən sutka ərzində yeni növ koronavirus (COVİD-19) 2 774 yoluxma halı qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı 483 304 nəfərə çatıb.

Məlumata əsasən, son sutkada Yaponiyada koronavirusdan daha 7 nəfər ölüb, ölənlərin ümumi sayı 9 236 nəfər təşkil edir.

Bildirilir ki, ölkənin 47 prefekturası arasında ən çox yoluxma halı - 122 347 - paytaxt Tokioda qeydə alınıb. //Trend.az