İndoneziya sahillərində zəlzələ olub

İndoneziya sahillərində 5.9 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ Qrinviç vaxtı ilə saat 18:42-də (Bakı vaxtı ilə saat 22:42) qeydə alınıb. Zəlzələnin episentri Maluku əyalətinin inzibati mərkəzi olan Ambon şəhərindən 158 kilometr məsafədə, ocağı isə 328 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra tələfat və dağıntılar barədə məlumat verilməyib. //APA