Çində yol qəzasında 11 nəfər ölüb

 11:13 04.04.2021     383

Çində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az bildirir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb

Qeyd olunub ki, Çinin şərqində sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində 11 nəfər həyatını itirib, daha bir neçə nəfər yaralanıb.

Qəza Çyansu əyalətinin Şenyan-Haykou magistral yolunda qeydə alınıb. //Report.az