ABŞ İordaniya Kralına tam dəstəyini ifadə edib

"Vaşinqton İordaniya Kralı II Abdullahı ABŞ-ın əsas tərəfdaşı hesab edir və onu tam dəstəkləyir".
Redaktor.az-ın məlumata görə, bunu ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
"Məlumatları yaxından izləyirik və İordaniya rəsmiləri ilə əlaqə saxlayırıq. Kral II Abdullah ABŞ-ın əsas tərəfdaşıdır və onu hərtərəfli dəstəkləyirik", - deyə N.Prays bildirib.
Xatırladaq ki, daha əvvəl xarici KİV-lər İordaniyada dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirdilər. //Trend.az