Gürcüstanda daha 464 nəfər yoluxub - COVID-19

 11:44 04.04.2021     351

Gürcüstanda son sutkada koronavirusa 464 yeni yoluxma halı qeydə alınıb, 7 nəfər vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 283 833-ə, ölənlərin sayı isə 3 811-ə çatıb.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 454 nəfər artaraq 274 599 olub. //Report.az