Ermənistanda yüzlərlə insanda koronavirus aşkarlanıb

 11:58 04.04.2021     198

Ermənistanda son sutkada koronavirusa 590 yoluxma qeydə alınıb.

Bu barədə Redaktor.az Ermənistanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Pandemiya ərzində ölkədə koronavirusa ümumilikdə 196 634 yoluxma qeydə alınıb. Məlumata görə, ölkədə son sutkada daha 17 nəfər COVID-19-dan ölüb. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 3 575 nəfərə çatıb.

Son sutka ərzində 608 pasiyent koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 176 009 nəfərə yüksəlib.

Hazırda 16 150 nəfərin müalicəsi davam etdirilir.