Cənubi Koreyada “COVID-19 pasportu” tətbiq olunur

 13:22 04.04.2021     228

Aprel ayının ortalarından etibarən Cənubi Koreyada xüsusi mobil tətbiqin köməyi ilə COVID-19-a qarşı peyvənd faktını rəsmən təsdiqləmək mümkün olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Rossiyskaya Qazeta” xəbər yayıb.

Bildirilir ki, tətbiq “peyvənd pasportu” rolunu (Xaricə səyahət etmək üçün) yerinə yetirəcək.

“COVID-19 pasportu” rolunu oynayacaq olan tətbiqdə “blockchain” texnologiyasından istifadə edilir. Eyni zamanda şəxsiyyəti təsdiqləmək üçün minimum şəxsi məlumatlara ehtiyac olacaq.

Tətbiq aprelin ortalarında istifadəyə veriləcək. //Oxu.az