Bolqarıstanda parlament seçkiləri keçirilir

 14:30 04.04.2021     327

Bolqarıstanda 45-ci Xalq Məclisi deputatlarının seçkiləri keçirilir.

Redaktor.az xəbər verir ki, seçkilərdə təxminən 6,7 milyon vətəndaş səsvermə hüququna malikdir. Seçki məntəqələri Bolqarıstandan başqa həmçinin dünyanın 69 ölkəsində fəaliyyət göstərir.

Bugünkü siyasi marafonda 22 partiya və 8 seçki koalisiyasının nümayəndələri iştirak edirlər. Xalq Məclisində 240 yerə 6 895 namizəd iddialıdır.

Səsvermələrin gedişini 3,4 mindən çox müşahidəçi izləyir. Onlar arasında beynəlxalq müşahidəçilər, o cümlədən Azərbaycan təmsilçiləri də var. Səsvermənin nəticələri üç-dörd gün sonra məlum olacaq.