Sərt karantin qaçılmazdır: Ölüm halları getdikcə artır - XƏBƏRDARLIQ

İngilis mütəxəssis Toni Lokett koronavirusun yayılmasının qarşısını almaq üçün hər kəsin peyvənd olunmasının vacibliyini bildirib.
Redaktor.az xəbər verir ki, mütəxəssis infeksiyaların artması ilə yeni mutasiyaların ortaya çıxma riski olduğunu və peyvəndlərin bu mutasiyalara təsir göstərə bilməyəcəyini dilə gətirib. Onun sözlərinə görə, yeni yaranan mutasiyalar daha güclü olacaq, gənclərin də ölümünə şərait yaradacaq.
"Nəzarətsiz infeksiyalar virusun daha aktiv şəkildə çoxalmasına səbəb olur və bu səbəbdən mutasiya ehtimalı daha yüksəkdir. Bu çərçivədə ən yaxşı mübarizə mümkün qədər hamını peyvənd etməkdir. Bununla yanaşı, sərt karantin, qapanmalar və digər tədbirlərə ehtiyac var", - deyə T.Lokett bildirib.
Orxan İsmayıl / Redaktor.az