Rusiyada daha 357 nəfər koronavirusdan ölüb

 15:16 04.04.2021     612

Rusiyada koronavirusa yoluxanların sayı 4,58 milyonu keçib.

Redaktor.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 8 817 nəfər virusa yoluxub, 357 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 580 894 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 100 374 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 4 204 081 şəxs virusdan sağalıb, 276 439 nəfərin müalicəsi isə davam edir. //Trend.az