Hindistan 22 hərbçisini itirdi - Gərgin döyüşlər

 15:56 04.04.2021     844

Aprelin 3-də Hindistanın Çxattisqarx ştatında Mao silahlı qruplaşması ilə döyüşlərdə təhlükəsizlik qüvvələrinin ən azı 22 əməkdaşı həlak olub, 31 əməkdaşı yaralanıb.

Redaktor.az-ın məlumatına görə, döyüşlərdə Hindistan ordusunun 2 mindən çox xüsusi təyinatlısı iştirak edib.

Mao silahlılarının da çoxsaylı itki verdiyi bildirilir.

Qeyd edək ki, Hindistanda 1960-cı illərdən fəaliyyət göstərən Mao qruplaşması marksizm və leninizm ideyalarını təbliğ edir, hazırda Hindistanın 28 ştatından 14-də aktivdirlər. Hindistan hökuməti Mao qruplaşmasını daxili təhlükəsizliyə başlıca təhdidlərdən biri sayır. //APA

Vumart və Güvən reklamı Vumart Güvən